Kiyevdə Ukraynanın şərq regionlarında hərbi əməliyyatların dayandırılmasına etiraz edən mitinqçilər asayiş keşikçilərinin dayandığı səmtə tüstü bombası atıblar.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, sözügedən mitinq Ukrayna Prezident Adminstrasiyasının qarşısında keçirilib. Mitinqdə 200-ə qədər insan iştirak edib.
Ukrayna DİN-dən bildiriblər ki, şəhərin mərkəzi hissəsində 1000-dən artı polis əməkdaşı gücləndirilmiş iş rejimində çalışır.
Fidan