BAKI, 8 oktyabr. TELEQRAF

Sosial şəbəkələrdə və bəzi media resurslarında tibb müəssisələrindəki növbələrlə bağlı yayılan məlumatlar TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla əlaqədardır.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb.

Bildirilib ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.

"Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik", - məlumatda qeyd olunub.