BAKI, 8 oktyabr. TELEQRAF

Türkiyə Azərbaycan-Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Uğur Bayraktutan "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın ikinci günü çərçivəsində keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülhün tərəfdarıdır:

“Bizim mövqeyimiz dünən də, bu gün də, sabah da eynidir. Türkiyə bu istiqamətdə öz dəstəyini davam etdirəcək”.