BAKI, 24 may. TELEQRAF

Bakıda keçiriləcək UFC gecəsində daha bir azərbaycanlı idmançının çıxışı dəqiqləşib.

Teleqraf xəbər verir ki, iyunun 21-də keçiriləcək döyüşlərdə Tofiq Musayev də mübarizəyə qoşulacaq.

35 yaşlı tanınmış idmançının rəqibi qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Qeyd edək ki, T.Musayev Azərbaycanı UFC-də təmsil edəcək 3-cü döyüşçü olub. Rafael Fiziyev və Nazim Sadıqov da döyüşlərdə iştirak edəcək.