BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr prezident Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında uçan təyyarəni ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

Bildirilib ki, ələ keçirilən təyyarə Florida ştatının Palm-Biç şəhəri üzərində uçuşların məhdudlaşdırıldığı hava məkanında olub.

Sentyabrın sonunda ABC News telekanalı Ağ Evin yaxınlığında mümkün təhlükələri izləmək məqsədilə dron bazasının yaradıldığını xəbər vermişdi.