BAKI, 25 oktyabr. TELEQRAF
2026-cı ilin yanvar-sentyabr aylarında Qubadlı rayonunda kənd təsərrüfatının ümumi məhsul istehsalı 10 milyon 684,1 min manat təşkil edib.
Bu barədə Teleqraf-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, istehsalın 7 milyon 792,3 min manatı bitkiçiliyin, 2 milyon 891,8 min manatı isə heyvandarlığın payına düşüb.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 99 milyon 626,4 min manat, sənaye məhsulunun istehsalı isə 3 milyon 916,9 min manat olub.
2026-cı il sentyabrın 1-i vəziyyətinə rayonda muzdla çalışan işçilərin sayı 2 351 nəfər təşkil edib. Cari ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı isə 901,5 manat olub.