BAKI, 25 oktyabr. TELEQRAF
Albaniyanın paytaxtı Tirananın mərkəzində hökumət əleyhinə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verir.
Teleqraf xəbər verir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına səki daşları və Molotov kokteyli atıblar, polis isə onlara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Tiranada vəziyyət 13 oktyabrda Təhsil Nazirliyinin qarşısında tələbələrin etiraz aksiyasından sonra gərginləşib. Nümayişçilər və polis arasında toqquşmalar 10 gündən çoxdur ki, davam edir. Etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər. İğtişaşlardan əvvəl Tiranada Adriatik dənizi sahilindəki Vjosa Narta təbiət qoruğunda hökumət tərəfindən irəli sürülən kurort inkişafı layihəsi ilə bağlı ardıcıl 130 gündən çox hökumət əleyhinə mitinqlər baş vermişdi.