BAKI, 25 oktyabr. TELEQRAF
Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək.
Teleqraf xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi seçmə komanda gün ərzində iki dəfə meydana çıxacaq. Yığmamız ilk olaraq saat 12:45-də Andorra millisi ilə üz-üzə gələcək.
Günün ikinci matçında isə komandamız saat 19:30-da Avstraliya yığması ilə qüvvəsini sınayacaq. Hər iki qarşılaşma Hövsan İdman Kompleksinin 10A meydançasında təşkil olunacaq.
Qeyd edək ki, U-15 millimiz turnirdəki ilk görüşündə Timor-Leste seçməsi ilə qarşılaşıb. Bakı Kristal Zalında keçirilən həmin matç komandamızın 6:0 hesablı darmadağını ilə yekunlaşıb.