BAKI, 25 oktyabr. TELEQRAF
İtaliyanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları 371 nəfəri saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Saxlanılanlar arasında 110 yetkinlik yaşına çatmayan və 69 xarici ölkə vətəndaşı var.
Məlumata görə, polis ümumilikdə 4,2 min nəfərin sənədlərini yoxlayıb. Onlardan 371-i polis bölmələrinə aparılıb.