BAKI, 25 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Danimarka və Amerika arasında ada ilə bağlı bağlanan müqaviləni "ən böyük daşınmaz əmlak sövdələşməsi" adlandırıb.
Teleqraf xəbər verir ki, Donald Trampın sözlərinə görə, Danimarka hakimiyyəti Qrenlandiyanın ABŞ-ın nəzarətinə verilməsi barədə razılığa gəlib.
"Danimarka əla etdi, Qrenlandiyanı bizə verdi", - deyə qeyd edib.
D.Tramp sentyabr ayında Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ilə imzaladığı müqaviləyə istinad edərək vurğulayıb: “Bu, tarixə, bəlkə də Venesueladan sonra ən böyük daşınmaz əmlak müqaviləsi kimi düşəcək”.
Bununla Arktika adasının təhlükəsizlik məsuliyyəti Vaşinqtona ötürülüb.