BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesində yaradılan əlavə dəyərin 2 dəfədən çox artırılması və illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, bu hədəflərə çatmaq üçün Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə, Pellet və İBD zavodları, "Baku Steel Company"nin yeni yayma zavodu, "Azəralüminium"un elektroliz zavodu, habelə Söyüdlü yatağı üzrə flotasiya zavodu istismara veriləcək.