BAKI, 1 avqust. TELEQRAF
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ana dili xalqımızın milli kimliyinin, dövlətçiliyinin və mədəni irsində əsas dayaqlarından biridir:
"Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin müqəddəs borcudur".