BAKI, 3 noyabr. TELEQRAF
“Bizi "Sabah"a qarşı maraqlı oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərimiz "Bavariya" ilə matçda olduğu kimi, bu dəfə də möhtəşəm atmosfer yaradacaqlar. Tribunadakı ab-hava isinməyə çıxarkən belə bizə böyük enerji verir”.
"Teleqraf" xəbər verir ki, bunu Norveçin “Vikinq” komandasının yarımmüdafiəçisi Henrik Byordal UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Sabah”a qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
29 yaşlı futbolçu Azərbaycan təmsilçisinin güclü rəqib olduğunu vurğulayıb və oyunla bağlı gözləntilərini bölüşüb:
“‘Sabah" yaxşı komandadır, onların Çempionlar Liqasında olmasının bir səbəbi var. Son oyunlarda güclü rəqiblərə qarşı zəif çıxış etdiyimiz dəqiqələrdə qapımızda qol görərək sərt cəzalandırıldıq. "Sabah"la matçda buna yol verə bilmərik. Ancaq Stavangerdə, öz evimizdə hər şey mümkündür və biz 3 xal qazanmaq üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 4-də Stavangerdəki "Viking Stadion"da (SR-Bank Arena) keçiriləcək.