BAKI, 2 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması və hərtərəfli sülhün təmin edilməsi üçün kifayət edib-etməyəcəyinə aydınlıq gətiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə N.Paşinyan parlamentdə 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.

O qeyd edib ki, parlament müxalifəti ötən həftə yeni konstitusiyanın qəbulunun Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gətirib-gətirməyəcəyi və Bakı ilə münasibətlərdə təkrar münaqişə mövzularının yaranıb-yaranmayacağı barədə mühüm sual qaldırıb:

"Yaxın vaxtlarda səylərimiz bu suallara cavab tapmağa yönələcək".