BAKI, 3 noyabr. TELEQRAF
İtaliyanın “Yuventus” klubu qapıçı Qulyelmo Vikarionun transfer hüquqlarını birdəfəlik alacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Turin təmsilçisinin rəhbərliyi 29 yaşlı qolkiperinin çıxışından razı qalıb və onunla bağlı satınalma bəndindən istifadə etməyi planlaşdırır.
“Yuventus” və İngiltərənin “Tottenhem” klubları arasında futbolçunun daimi transferi ilə bağlı 8 milyon avro məbləğində razılaşma əldə olunub. Müqaviləyə əsasən, bonuslarla bu məbləğ 10 milyon avroya qədər yüksələ bilər.
Vikarionun ilin sonunda azad agent kimi komandadan ayrılması gözlənilən Neto və Pinyolyonu əvəz edəcəyi bildirilir.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan qapıçı bu mövsüm “Yuventus”un heyətində 12 oyunda meydana çıxıb və 13 qol buraxıb.