BAKI, 15 sentyabr. TELEQRAF
Rusiya bir həftədən artıqdır iş adamı və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyana məxsus olan “Ararat” konyak, şərab və araq zavodunun məhsullarını da qəbul etmir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazıb ki, “Noy” konyakı ilə yüklənmiş təxminən 20 yük maşını sərhədi keçsə də, Rusiya naməlum səbəblərdən onların hərəkətini davam etdirməsinə icazə vermir:
“Mənbələrimiz deyirlər ki, Qaqik Sarukyanın həbsindən sonra da Rusiyaya maneəsiz məhsul göndərilib. Bu, konyak zavodunun sahibindən alınıb dövlətin idarəçiliyinə verildiyi və Sarukyanın iyulun 7-də həbs edildiyi vaxta qədər davam edib. Yəqin “Ararat”ın içkilərinin yolda qalmasının səbəbi də məhz budur - həmin içkilərin satışından əldə olunan gəlir dövlətə gedəcək, ruslar da buna görə hökumətin gəlirlərini məhdudlaşdırırlar”.