BAKI, 14 sentyabr. TELEQRAF

“Polşa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını dəstəkləyir”.

teleqraf xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Marçin Bosaçki deyib.

“Polşa Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını daim dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edir. TRIPP (“Tramp marşrutu”) proqramını, eləcə də Ermənistanla Azərbaycan arasında barışıq gündəliyini dəstəkləyirik. Həmçinin dostumuz Türkiyəni Ermənistanla münasibətləri nizama salmağa çağırırıq”, - diplomat Ermənistan mediasına açıqlamasında bildirib.