BAKI, 13 avqust. TELEQRAF

Yeni hökumətin formalaşdırılması prosesində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sonrakı səlahiyyət müddəti qeyri-müəyyəndir.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” hökumət mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsinə yenidən təyin etməyə bilər. Hazırda yekun qərar açıqlanmasa da, Armen Qriqoryanın vəzifəsini itirə biləcəyi barədə məlumatlar var.

Armen Qriqoryan 2018-ci ildən Təhlükəsizlik Şurasına rəhbərlik edir. O, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvüdür.