BAKI, 23 iyul. TELEQRAF
Ermənistan hökumətinin iclasından sonra jurnalistlərə açıqlama verən baş nazirin müşaviri Lilit Makunts kadr dəyişiklikləri ilə bağlı yayılan məlumatlara münasibət bildirməkdən imtina edib.
Teleqraf xəbər verir ki, Baş nazir Administrasiyası rəhbəri vəzifəsini tutub-tutmayacağı soruşulduqda Makunts ümumi cavab verib.
“Hazırda heç bir məsələ ilə bağlı şərhim yoxdur, təşəkkür edirəm”, - baş nazirin müşaviri bildirib.
Makunts həmçinin hakimiyyətdə gözlənilən mümkün dəyişikliklərin səbəbləri barədə əlavə şərhdən yayınıb.
Xatırladaq ki, hazırda Ermənistan Baş naziri Administrasiyasına Araik Arutyunyan rəhbərlik edir.