BAKI, 25 iyun. TELEQRAF

“Avropa İttifaqı (Aİ), Türkiyə və Mərkəzi Asiyada meyvə-tərəvəz məhsullarımıza böyük maraq var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında deyib.

“Ermənistan kənd təsərrüfatı məhsulları, xüsusən də meyvə-tərəvəz, giləmeyvə və çiçəklər üçün yeni bazarlar axtarışı Avropa İttifaqı, Mərkəzi Asiya, İraq, eləcə də Türkiyə kimi yaxın qonşu ölkələrdə böyük maraq doğurub”, - nazir bildirib.

Xatırladaq ki, Rusiya Ermənistana ixrac məhdudiyyətləri tətbiq etməsindən sonra İrəvan məhsulları üçün yeni bazarlar axtarır.