BAKI, 12 iyun. TELEQRAF
Ermənistanın müxalif “Birlik Qanadları” partiyasının sədri, ölkənin keçmiş ombudsmanı Arman Tatoyana qarşı iki cinayət işi başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Partiya sədri zorakılıq, hədələmə və şantaj yolu ilə qanuni və ya qanunsuz mitinqdə iştiraka məcburetmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.