BAKI, 11 iyun. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif Nikol Paşinyana Ermənistanda parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, təbrik mətnində Pakistan hökuməti və xalqı adından Nikol Paşinyana uğurlar arzulanıb.
"Sizin yenidən seçilməyiniz Ermənistan xalqının rəhbərliyinizə, sülh və tərəqqi naminə baxışlarınıza olan inamının göstəricisidir. Pakistan-Ermənistan münasibətlərini gücləndirmək üçün sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm",- o qeyd edib.
Şahbaz Şərif Azərbaycanla Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb: "Ümid edirik ki, sizin yeni fəaliyyət dövrünüz Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə töhfə verəcək".
Ş. Şərif Nikol Paşinyana cansağlığı, Ermənistan xalqına isə rifah və tərəqqi arzulayıb.