BAKI, 2 iyun. TELEQRAF
Rusiya iyunun 3-dən Ermənistandan tumlu bitkilərin, badımcanın, kartofun və quru meyvələrin idxalını məhdudlaşdırır.
Bu barədə Teleqraf "Rosselxoznadzor"a istinadən xəbər verir.
"İyunun 3-dən etibarən Ermənistan mənşəli və Ermənistandan göndərilən tumlu meyvələrin, badımcanın, kartofun və qurudulmuş meyvələrin idxalına, həmçinin qeyd olunan məhsulların Aİİ-yə üzv dövlətlərə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Bu, həmin ölkələr tərəfindən karantin nəzarətinə aid məhsulların qəbulunun təsdiqlənməsi mexanizmlərinin olmaması ilə əlaqədardır", - "Rosselxoznadzor"dan bildirilib.
Məlumatda vurğulanıb ki, məhdudiyyətlər göndərilən malların təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq alqoritm hazırlanana qədər müəyyən edilib.