BAKI, 14 may. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülh istəyirəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyasında iştirak edən aktyor Andranik Arutyunyan deyib.

“Mən sülh tərəfdarıyam, orduda itki olmamasının tərəfdarıyam. Bunu edən hökuməti dəstəkləyirəm”, - aktyor jurnalistlərə bildirib.