BAKI, 14 may. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından zövq alırıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Sülh bərqərar olub, biz onun bəhrələrindən zövq alırıq, amma bu, qayğıya ehtiyacı olan yeni doğulmuş körpə kimidir”, - nazir bildirib.
Mirzoyan Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə hökumətləri arasında əlaqələri müsbət addımlar kimi qeyd edib.