BAKI, 13 may. TELEQRAF
Gürcüstanın Muxrovani şəhərində Xüsusi Əməliyyatlar Komandanlığı bazasında çoxmillətli xüsusi təyinatlı qüvvələrin təlimi başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Dördüncü dəfədir Gürcüstanda çoxmillətli təlimlər keçirilir. Təlimlərdə Gürcüstan, İspaniya, Polşa, Rumıniya, ABŞ və Birləşmiş Krallığın xüsusi əməliyyat bölmələrinin hərbçiləri iştirak edirlər”, - açıqlamada bildirilib.
Təlimlər ABŞ-nin Avropa Xüsusi Əməliyyatlar Komandanlığı və Gürcüstan Xüsusi Əməliyyat Qüvvələri tərəfindən təşkil olunub.