BAKI, 7 may. TELEQRAF
“Polşa Ermənistanla hərbi təlimlər keçirmək istəyir”.
Teleqraf xəbər verir ki, bunu Varşavada Ermənistan müdafiə naziri Suren Papikyanla görüşündə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
O bildirib ki, tərəflər birgə hərbi təlimlərə, hərbi ali məktəblər arasında əməkdaşlığa və ölkələrin müdafiə sənayesi arasında təcrübə mübadiləsinə maraq göstərirlər. Kosinyak-Kamış həmçinin qeyd edib ki, Ermənistandakı səfirliyə hərbi attaşenin təyin edilməsi də planlaşdırılır.
Xatırladaq ki, fevralda Ermənistan və Polşa Baş nazir Nikol Paşinyanın Varşavaya səfəri zamanı hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.