BAKI, 28 aprel. TELEQRAF

Kanada Baş naziri Mark karni gələn həftə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Avropa liderləri ilə birlikdə Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumatı yayıb.

Mark Karni Avropa Siyasi Birliyinin yaranmasından bəri bu formatda toplantıya qonaq qismində qatılan ilk qeyri-avropalı lider olacaq.

Rəsmi açıqlamaya görə, sammit “Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” şüarı altında keçiriləcək.