BAKI, 28 aprel. TELEQRAF

“Rusiyalı oliqarx Samvel Karapetyan və Ermənistanın radikal müxalif düşərgəsinin digər nümayəndələri artıq müharibə məsələsi üzərindən dividendlər qazana bilmirlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.

Vitse-spiker Karapetyan və komandasının Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı saxta informasiyalar yaydığını bildirib.

Rubinyan artıq belə dezinformasiya kampaniyalarının işə yaramadığını, çünki sərhəddə sabitliyin və iki ölkə arasında sülhün təmin edildiyini vurğulayıb.

“Onlar sərhəd qarşıdurması qurbanları üzərindən siyasi dividendlər toplaya və onların qanını siyasi kapitala çevirə bilmirlər. Çünki təxminən 2 il 2 aydır sərhəddə itki (qarşıdurma) yoxdur. Həmçinin bizim hələ də blokadada olduğumuzu deyə bilmirlər. Çünki Azərbaycanın ərazisi ilə dəmir yolu vasitəsilə Ermənistana mallar idxal olunur. Buna görə də uydurma hekayələr qurmağa məcburdurlar”, - parlament sədrinin müavini qeyd edib.