BAKI, 15 aprel. TELEQRAF

“Ermənistanda neft məhsulları bazarında monopoliyanın aradan qaldırılması ilə bağlı səkkiz illik prosesə son qoyan son amil məhz budur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Vətəndaşlarımız soruşurlar: niyə səkkiz il? Cavab çox sadədir: çünki biz təkcə tədbir görmürük, sözün əsl mənasında, bəzən fərqli yerlərdə fərqli qolları olan mafiya ilə mübarizə aparırıq”, - Baş nazir qeyd edib.

Paşinyan vurğulayıb ki, əgər bu dövrdə Azərbaycan dəmir yolunun Ermənistan üçün tarixi açılışı baş verməsəydi, Hörmüz boğazı ətrafındakı böhran həm enerji sektorunun inflyasiyası, həm də təchizatı baxımından Ermənistan vətəndaşları və iqtisadiyyatı tərəfindən daha çox hiss olunardı.