BAKI, 2 aprel. TELEQRAF

Türkiyədə keçiriləcək “Heydər Əliyev-2026” təlimində iştirak edəcək Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ordu bölmələri Türkiyədədir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sosial media hesabında bununla bağlı bildirilib:

“Qardaşlarımız gəlib!

14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimində iştirak edəcək Naxçıvan Ordu Komandanlığının bölmələri ölkəmizə gəlib. 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti “Həsrət” körpüsü üzərində qardaşlarımızı qarşılayaraq bayraq mübadiləsi mərasimi keçirib”.