BAKI, 16 mart. TELEQRAF

“ABŞ-nin Ticarət Nazirliyi vitse-prezident Ceyms Devid Vensin Azərbaycan və Ermənistana son səfərinə əsaslanaraq, qarşılıqlı faydalı ticarət və investisiya imkanlarının inkişafını dəstəkləmək üçün sənaye və regional tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ ticarət nazirinin müavini, Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyası (ITA) üzrə baş direktoru Devid Fogel deyib.

O bildirib ki, Vaşinqton investisiyalar və ticarəti təşviq etmək məqsədilə müvafiq sahələrdə tərəfdaşlarla işləməyə hazırdırlar.