BAKI, 26 fevral. TELEQRAF

“ABŞ ilə Gürcüstan arasında əlaqə var, amma şişirdilmiş gözləntilər yaratmaq düzgün deyil”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

“Gürcüstan məsləhətləşmələrə açıqdır və münasibətlərin yenidən nəzərdən keçirilməsinin qarşılıqlı hörmət və bərabərliyə əsaslanan strateji tərəfdaşlığa qayıtmasını gözləyir”, - o bildirib.

Boçorişvili mövcud problemlərə görə Co Bayden administrasiyasını günahlandırıb.

Xarici işlər naziri həmçinin ABŞ-nin Gürcüstanın qonşuları ilə münasibətlərinə də toxunub:

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfəri Prezident Donald Trampın sülhə verdiyi önəmdən irəli gəlir. Gürcüstan bu prosesi müsbət qiymətləndirir və ona öz töhfəsini verir”.