BAKI, 11 fevral. TELEQRAF
Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan yeni təsis olunan “Güclü Ermənistan” partiyasının sədri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bu gün Samvel Karapetyanın partiyasının qurultayı keçirilib. Qurultayda yeni sədr və idarə heyətinin üzvləri seçilib. Rusiyalı iş adamı yekdilliklə partiyanın sədri seçilib.
Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib. İş adamına qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb.