BAKI, 10 fevral. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla yaxşı münasibətlərimiz var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistandan Azərbaycana səfərə yola düşməzdən əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Həm Baş nazir, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var. Dünən Baş nazirin çıxışını eşitdim. Bir neçə ay əvvəlki vəziyyətlə müqayisədə indiki vəziyyəti nəzərə alsaq, o, sülh müqaviləsi ilə bağlı nikbindir. Həm azərbaycanlılar, həm də ermənilərlə məhsuldar və uğurlu əməkdaşlığımız davam edəcək”, - vitse-prezident vurğulayıb.