BAKI, 10 fevral. TELEQRAF

“Qərblə flörtləşən Ermənistan Ukraynanın yolu ilə gedir, Kiyevin eyni səhvlərini təkrarlayır”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak deyib.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana planlaşdırılan səfərinə dair sualı cavablandırarkən ekspert bildirib ki, Azərbaycan Türkiyə ilə sıx əlaqələrə malikdir, Türkiyə isə NATO çərçivəsində ABŞ-nin tərəfdaşıdır:

“Orada öz maraqları var. Proseslər ABŞ-nin xeyrinə gedir. Həm də ABŞ-nin maraqları çərçivəsində oynayaraq fayda götürmək mümkündür. Hazırda onların (Azərbaycanın) şansı böyükdür.

Ermənistan isə Qərblə flörtləşərək Ukraynanın yolu ilə gedir, onun səhvlərini təkrarlayır. Bu, ölkədə nə həyatın yaxşılaşması, nə də dayanıqlı inkişafa gətirib çıxaracaq”.

Dudçakın fikrincə, ABŞ-dən Ermənistana ümidverici investisiyalar blef ola bilər:

“ABŞ-nin hazırkı administrasiyası blef ustasıdır, Tramp bu gün bir şey deyir, sabah başqa şey. Qəribə həcmdə puldan bəhs olunur, əsas sual budur ki, bunu kim verəcək? Vəd olunan investisiyalar olmayacaq”.