BAKI, 4 fevral. TELEQRAF

Ermənistan Konstitusiyanın yeni mətni üzərində işlər qrafikə uyğun davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiya mətninin yekunlaşdırılması üçün müəyyən edilmiş mart ayı son müddətdir və bu tarixdə hər hansı dəyişiklik nəzərdə tutulmur:

"Ədliyyə Nazirliyi əvvəlcədən elan olunmuş müddətdən kənara çıxmayacaq. Hazır olan sənəd dərhal ictimaiyyətə təqdim ediləcək",- nazir qeyd edib.