“Kilsənin Ermənistan hökumətinin təzyiqləri qarşısında özünü müdafiə etmək imkanları var”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.
Jurnalistin kilsəni qorumaq üçün hansı addımı ata biləcəyi ilə bağlı suala o, əsəbi cavab verib:
“Kilsənin öz sözünü və mövqeyini demək, məsələləri daxili nizamnaməsi ilə həll etmək imkanları var. Nə istəyirsən, pulemyot götürüb gedək?”.