BAKI, 2 fevral. TELEQRAF
“Ermənistan-Azərbaycan müharibəsini ABŞ Prezidenti Donald Tramp bitirməyib”.
Teleqraf xəbər verir ki, bunu gürcü filosof Zaza Şatirişvili deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, müharibə faktiki olaraq 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra başa çatıb. Bundan sonrakı lokal toqquşmalar və ya eskalasiyalar, xüsusilə 2022-2023-cü illərdə baş verənlər müharibə deyil, ayrı-ayrı hərbi əməliyyat və insidentlər kimi qiymətləndirilir. Deməli, Ermənistan-Azərbaycan münaqişəsini Donald Tramp bitirməyib və bu xidməti öz adına çıxması gülüş doğurur. Bu prosesdə onun iştirakı tamamilə başqa motiv və məqsədlərlə şərtlənib”, - filosof bildirib.
Şatirişvili Trampın bitirdiyini iddia etdiyi digər yeddi münaqişə ilə bağlı da durumun eyni olduğunu vurğulayıb. Rusiya-Ukrayna müharibəsinə gəlincə, gürcü filosof ABŞ Prezidentinin bu istiqamətdə də irəliləyiş əldə etmədiyini qeyd edib.