BAKI, 22 yanvar. TELEQRAF

Cenevrədə keçirilən diplomatik görüş zamanı Gürcüstan tərəfi Venesuela nümayəndəsinə Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyinin tanınmasının geri götürülməsi ilə bağlı gözləntilərini çatdırıb.

Teleqraf xəbər verir ki, Tbilisi 2009-cu ildə qəbul edilmiş qərarın beynəlxalq hüququ kobud şəkildə pozduğunu bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi Venesuelada baş verən son hadisələrin bu qanunsuz qərarı yenidən nəzərdən keçirmək və ləğv etmək üçün fürsət yaradacağına ümid etdiyini vurğulayıb.