BAKI, 13 yanvar. TELEQRAF
Azərbaycan benzininin idxalı Ermənistanda uzun illərdir mövcud olan yanacaq monopoliyalarına təsir göstərəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, artıq qonşu ölkədən gətirilən yanacağın hesabına Ermənistan bazarında qiymətlər orta hesabla 15 faiz aşağı düşüb.
Baş nazir Bakı ilə ticarətə qarşı çıxanların narahatlığını əsassız adlandırıb.
N. Paşinyan əlavə edib ki, tərəflər arasında sülh bərqərar olub və bu razılaşma gələcəkdə institusional əsaslara söykənəcək.