BAKI, 13 yanvar. TELEQRAF
“Gürcüstan kiçik dövlətdir, nəhənglər bir-biri ilə müharibə aparanda bizim mövqeyimiz həmişə ölkənin maraqlarını qorumaq olacaq”.
Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının deputatı İrakli Kadaqişvili deyib.
Kadaqişvilinin ABŞ Prezidenti Donald Trampın İranla ticarət edən ölkələrə gömrük sanksiyaları tətbiq etməsi ilə bağlı qərarını belə şərh edib:
“Ölkəmizin marağı milli məqsədlərə zərər vurmamaqdır. Özümüzdən başqa heç kimə ümidimiz yoxdur. Biz özümüzə güvənirik. Gürcüstanın ən yaxşı maraqlarına uyğun şəkildə hərəkət edəcəyik. Bu, hökumətin qərar verəcəyi məsələdir. Trampın müxtəlif ölkələrə qarşı bu və ya digər tariflərin tətbiqi ilə bağlı bəyanatlarını görmüşük. Sonra müxtəlif istisnalar başlayır: “buna aid deyil”, “ona aid deyil”. Bu, müvafiq hazırlıq və məlumatların dəqiqləşdirilməsindən sonra hökumət tərəfindən həll edilməli olan məsələdir”.