BAKI, 5 yanvar. TELEQRAF
Müxalif “Gürcüstan naminə Qaxariya” partiyasının üzvü Beka Liluaşvili siyasətdən getdiyini və özəl sektorda fəaliyyətini davam etdirməyi planlaşdırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Uzun illər davam edən siyasi fəaliyyətdən sonra, Yeni ilin gəlişi ilə həyatımın bu vacib mərhələsini ictimaiyyət qarşısında başa vururam. İşimi özəl sektorda davam etdirməyi planlaşdırıram”, - siyasətçi bildirib.