BAKI, 26 dekabr. TELEQRAF

“Ermənistanda qarşıdan gələn parlament seçkiləri adi olmayacaq, hədəfimiz təkcə parlamentdə yer almaq deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan deyib.

“İnanırıq ki, ölkəmiz təhlükəli bir mərhələdədir, xüsusilə də suverenliyini itirmək ərəfəsindədir. Dövlətçiliyimizi itiririk. Buna görə də, bu mərhələdə sadəcə parlamentə girməyi hədəfləyən hər kəs mövcud hökumətin gündəliyinə birbaşa töhfə verir”, - o bildirib.

Manukyan Ermənistanın üzləşdiyi problemləri çox ciddi hesab edir:

“Seçki kampaniyasına böyük bir ittifaq yaratmaq məqsədi ilə giririk. Onun köməyi ilə ölkəni dağılmaqdan xilas edə bilərik”.