BAKI, 25 dekabr. TELEQRAF
Ermənistan-Türkiyə münasibətlərində konkret addımların atılmasının vaxtı çatıb.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin əvvəlində Ermənistanla münasibətləri normallaşdırmaq üçün bəzi simvolik addımlar atmaq niyyətləri barədə açıqlamasını da alqışlayıb.
“Bunu alqışlayıram. Türkiyəyə gəldikdə, ikitərəfli dialoq səviyyəsində artıq bəzi simvolik və qeyri-simvolik konkret addımların atılmasının vaxtının gəldiyini düşünürəm. Ümid edirəm ki, onlar atılacaq”, -o qeyd edib.