BAKI, 24 dekabr. TELEQRAF

Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan İsrailin İrəvandakı səfiri Yoel Lyonu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Ermənistan və İsrail arasında iqtisadi əməkdaşlığın perspektivləri, ticarət dövriyyəsinin artırılması və birgə investisiya proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub.

Kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlığa toxunulub.

Gevorq Papoyan regional kommunikasiya yollarının açılmasına yönəlmiş TRIPP layihəsinin təfərrüatlarını təqdim edib.