BAKI, 19 dekabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülh artıq reallıqdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında Azərbaycandan Ermənistana neft tədarükü ilə bağlı paylaşımında bildirib.
Xatırladaq ki, bu gün Azərbaycandan Ermənistana neft məhsulları ilə yüklənmiş 22 vaqondan ibarət qatar daxil olub.