BAKI, 5 dekabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koker ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.
Görüş zamanı tərəflər regional əhəmiyyət daşıyan məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və regional sabitliyə dair mövcud təşəbbüsləri müzakirə ediblər.
Həmçinin tərəflər "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti avqustun 8-də Vaşinqtonda imzalanmış Bəyannamədə təsbit olunmuş prinsiplər çərçivəsində regional kommunikasiyaların açılmasında və bu məqsədlə beynəlxalq investisiyaların cəlb edilməsində maraqlıdır.