BAKI, 4 dekabr. TELEQRAF

“Ermənistan Avropa İttifaqından TRIPP (“Tramp yolu” və ya Zəngəzur dəhlizi) layihəsində konkret investisiya proqramları və iştirakını gözləyir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlıq gündəliyinin təsdiqi münasibətlərdə mühüm dəyişiklik və inkişafdır. İnvestisiyalara gəlincə, (Azərbaycan və Ermənistan arasında) Vaşinqton razılaşmaları və TRIPP layihəsinin elanından sonra Ermənistanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb. Əlbəttə, biz maraqlıyıq ki, Avropa İttifaqı da infrastruktur layihələrində iştirak etsin və mövcudluğunu göstərsin. TRIPP layihəsi çərçivəsində Avropa İttifaqından konkret investisiya proqramları və iştirak gözləyirik”, - o qeyd edib.