BAKI, 4 dekabr. TELEQRAF

“TRIPP (və ya Zəngəzur dəhlizi) layihəsinin strateji çərçivəsinin dəqiqləşdirilməsi istiqamətində fəal iş davam edir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Sənədlər üzərində işləyirik, deyə bilərəm ki, yaxşı templə irəliləyirik. Artıq qeyd etdiyimiz müddətdə TRIPP layihəsini həyata keçirəcəyik, ilkin olaraq hüquqi və konseptual sənədləri hazırlayıb qəbul edəcəyik, növbəti mərhələdə müqavilə bağlayacağıq, sonra isə yerlərdə praktiki işlər görəcəyik”, - Ermənistan Baş naziri qeyd edib.